Həftə sonu 95 nəfər saxlanılıb

Xəbərlər

10.10.2022 - 12:11

cedabet dərman SEO Xidməti

Avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib

Oktyabrın 8-də və 9-da ölkə ərazisində qeydə alınan 105, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 32, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 12 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 59, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 95 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş