Havada toz dumanı müşahidə olunub

Cəmiyyət

29.04.2022 - 21:28

Bəzi yerlərdə dispers toz hissəcikləri normadan çoxdur

Bu gün ölkə ərazisində transsərhəd çirklənmə müşahidə olunub. AYNA xəbər verir ki, bunu "Report"a Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, Bakı şəhərinin inzibati rayonları üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan saat 19:00-da əldə olunmuş məlumatlara əsasən, dispers toz hissəcikləri Bakı şəhərinin Xətai və Nizami rayonlarında 1,1, Səbail rayonunda isə 1,2 dəfə normadan çoxdur.

G.Abbasovanın sözlərinə görə, havada digər qaz qarışıqları norma daxilindədir.

Müəllif: Ayna.az