Daha bir imkansız tələbənin təhsil haqqı ödənildi

Cəmiyyət

27.08.2019 - 08:32

950 manat pul toplanılıb

 

Azərbaycanda daha bir imkansız tələbənin təhsil haqqı ödənilib. AYNA Qaynarinfo-ya istinadən xəbər verir ki, Nəsibə Babayeva adlı xanım Bakı Biznes və Kooperasiya Kollecinə daxil olsa da, təhsil haqqını ödəməyə imkanı olmayıb.

 

O, bu barədə sosial mediada paylaşım edib. Bundan sonra Emin Tarverdiyev sosial şəbəkə vasitəsi ilə müraciət edərək, Nəsibə Babayevaya kömək etməyi xahiş edib. Bir gün ərzində 950 manat təhsil haqqı toplanıb. Bu gün isə Emin Tarverdiyevin iştirakı ilə təhsil haqqı ödənilib və Nəsibə Babayeva Bakı Biznes və Kooperasiya Kollecinin tələbəsi olub. Toplanmış əlavə 100 manat gənc tələbəyə verilib.

 

Qeyd edək ki, Nəsibə Babayevanın atası həbsxanadadır, anası isə xəstədir. Bir müddət əvvəl onların evləri yanıb və bu səbəbdən kirayədə yaşayırlar.

Müəllif: Ayna.az