Hatayda 140 saatdan sonra 7 aylıq körpə dağıntı altından çıxarılıb

Dünya

12.02.2023 - 08:43

cedabet dərman SEO Xidməti

Zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatları davam edir

Türkiyənin Hatay vilayətində axtarış-xilasetmə əməliyyatları zamanı 140 saatdan sonra 7 aylıq uşaq dağıntılar altından sağ çıxarılıb.

AYNA xəbər verir ki, bu barədə Anadolu məlumat yayıb.

Qeyd olunub ki, Hatayın Antakya rayonu Kışla Saray Məhəlləsində Fevzi Çakmak küçəsində yerləşən yaşayış binasının dağıntılarından səs gəldiyini müəyyən edən qruplar işlərini intensivləşdirib.

140 saat sonra dağıntılar altından xilas edilən Həmzə adlı 7 aylıq körpə təcili yardımla xəstəxanaya aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş