Gürcüstanda koronavirusa yoluxma kəskin artıb

Dünya

28.12.2021 - 12:23

Həkimlər Klinikalar SEO Xidməti

Bir gündə 63 nəfər virusdan dünyasını dəyişib

Gürcüstanda koronavirusa yoluxma halları kəskin artıb. AYNA qonşu ölkə mediasına istinadən bildirir ki, son sutkada Gürcüstanda daha 2 676 nəfər koronavirusa yoluxub, 2 966 nəfər müalicə olunaraq sağalıb. 63 nəfər isə virusdan dünyasını dəyişib. 

Gürcüstan hökumətinin rəsmi stopcov.ge saytında yerləşdirilən məlumatda qeyd edilib ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 928 030-a, sağalanların sayı 888 022-yə, bu virusdan ölənlərin sayı isə 13 646-ya çatıb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş