Saberio kəndində 5 uşağın ölümü ilə əlaqədar yanvarın 9-u matəm elan edilib
Matəm günü ilə əlaqədar bütün Gürcüstanda dövlət bayraqları endirilib. AYNA gürcü mediasına istinadən bildirir ki, işğalda olan Abxaziyanın Qali bölgəsində yerləşən Saberio kəndində 5 uşağın ölümü ilə əlaqədar yanvarın 9-u matəm elan edilib.
Baş nazir İrakli Kobaxidzenin qərarı ilə dövlət və hökumət qurumlarının, o cümlədən hökumət administrasiyası və parlamentin qarşısında bayraqlar endirilib. Hökumət faciə qurbanlarının ailələrinə başsağlığı verib.
Xatırladaq ki, hadisə yanvarın 5-də baş verib. Saberio kəndində evdə baş verən yanğın nəticəsində 5 uşaq ölüb.