Tiflisdə növbəti kütləvi etiraz aksiyası keçirilir
Gürcüstanın “Vahid Milli Hərəkat” (VMM) müxalifət partiyası Tiflisin mərkəzindəki parlament binası qarşısında “Avropaya Birlikdə” şüarı ilə mitinq keçirir.
AYNA oxu.az-a istinadən bildirir ki, mitinqdə yüzlərlə insan iştirak edir. Etirazçılar həm parlamentin qarşısındakı meydana, həm də ona bitişik Rustaveli prospektinə axışır. Adıçəkilən ərazilərdə nəqliyyatın hərəkəti dayandırılıb.
Aksiyanın təşkilatçıları hökumətdən Aİ-yə namizəd statusu almaq üçün Avropa İttifaqının 12 tövsiyəsinə əməl etməyi tələb edirlər. Mitinq iştirakçıları ölkənin Avro-Atlantik kursunda israrlıdırlar. Onlar həm də xarici siyasət vektorunu Rusiya ilə yaxınlaşma lehinə dəyişməyə cəhd etdiyinə görə rəhbərliyi qınayırlar.
Nümayişçilər Gürcüstan, Ukrayna, ABŞ və Avropa İttifaqının bayraqlarını dalğalandırırlar.