Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib
Goranboyda yol nəqliyyat hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə hadisə rayonun Nizami kəndində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" və "Hyundai" markalı minik maşınları toqquşub. Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.