Goranboyda iki avtomobil toqquşub, xəsarət alanlar var

Xəbərlər

05.10.2022 - 22:16

cedabet dərman SEO Xidməti

Xəsarət alanlar xəstəxanaya aparılıblar

Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb.

AYNA-nın "Report"a istinadən məlumatına görə, "VAZ-21099" markalı avtomobilin idarəetmədən çıxaraq digər avtomobilə çırpılması nəticəsində 1958-ci il təvəllüdlü M.Abdullayev, 1972-ci il təvəllüdlü K.Axundov və 1955-ci il təvəllüdlü P.Axundova xəsarət alıb.

Onlar xəstəxanaya aparılıblar, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş