Gəncədə məktəbin qarşısında qətl: şagird öldürülüb

Hadisə

23.01.2024 - 10:43

Cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılır

Gəncədə qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb. AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, yanvarın 23-də Gəncə şəhər M. P. Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında həmin məktəbin şagirdi bıçaqla xəsarət yetirilərək öldürülüb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri hərəkətlər yerinə yetirilir.

Fakta görə Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində prokurorluq və polis əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılır.

Müəllif: Ayna.az