Nazir: "Dalğanın hansı miqyasda olacağını indidən təxmin etmək çətindir"
Fransada koronavirus pandemiyasının beşinci dalğası başlayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivier Veran bildirib.
“Hazırkı vəziyyət beşinci dalğanın başlandığını göstərir. Dalğanın hansı miqyasda olacağını indidən təxmin etmək çətindir. Ancaq yanvar ayınadək xəstəxanalara gündəlik yerləşdirilənlərin sayının 1000-i keçəcəyi gözlənilir” - o bildirib.