Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb

Dünya

18.10.2026 - 18:49

Parisdə etirazçılarla polis arasında toqquşmalar baş verib

Fransada kütləvi etirazlar və iğtişaşlar zamanı polis azı 855 nəfəri saxlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə BFMTV telekanalı hüquq-mühafizə orqanlarının məlumatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, Parisdə etirazçılarla polis arasında toqquşmalar baş verib. Limoges şəhərində isə daha 17 nəfər saxlanılıb. Bir gün əvvəl radikallar bələdiyyə binasını yandırıb, nəticədə binanın zəng qülləsi uçub.

Toqquşmalar zamanı 13 polis əməkdaşı və iki yanğınsöndürən xəsarət alıb. Etiraz iştirakçılarından biri isə özünü pis hiss etdikdən sonra təcili yardım şöbəsində vəfat edib.

İğtişaşlar fonunda ölkənin müxtəlif şəhərlərində qarət halları da artıb. Marseldə zərgərlik mağazaları, bahalı geyim dükanları və çörəkxanalar dağıdılıb. Lildə Apple mağazasına, Nitsada isə idman geyimləri mağazalarına və motosalonlara hücum edilib.

Qeyd edək ki, oktyabrın 17-də Fransada genişmiqyaslı etirazlar keçirilib. CGT həmkarlar ittifaqının qiymətləndirməsinə görə, aksiyalarda təxminən 500 min nəfər iştirak edib, onlardan 110 mini Parisdə küçələrə çıxıb. Etirazlara yanacağın bahalaşması və əhalinin alıcılıq qabiliyyətinin azalması səbəb olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş