Fransa Fil Dişi Sahilindən qoşunlarını çıxaracaq

Dünya

02.01.2025 - 00:11

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda Fil Dişi Sahilində 600 fransız əsgəri var

Fransız qoşunları 2025-ci ilin yanvarında Fil Dişi Sahilini tərk edəcək. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Alassan Uattara bildirib.

Qeyd olunub ki, hazırda Fil Dişi Sahilində 600 fransız əsgəri var.

“Fransa ordusunun nəzarətində olan Port-Buet piyada batalyonunun Fil Dişi Sahilindən koordinasiyalı və nizamlı şəkildə çıxarılmasına qərar verdik”, - deyə Uattara vurğulayıb.

Xatırladaq ki, Fransa bu yaxınlarda qoşunlarını Çaddan çıxarıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş