Finlandiyanın xarici işlər naziri koronavirusa yoluxub

Dünya

05.12.2021 - 07:34

Həkimlər Klinikalar SEO Xidməti

Haavistonun peyvəndi olub-olmadığı dəqiq məlum deyil

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto koronavirusa yoluxub. AYNA xəbər verir ki, bu barədə şənbə günü Finlandiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Haavistonun koronavirus testinin cavabı müsbət çıxıb. Lakin nazirdə xəstəliyin heç bir əlaməti yoxdur. O, hələlik evdən işləyir", məlumatda deyilir.

Bildirilib ki, Haavistonun peyvəndi olub-olmadığı dəqiq məlum deyil.

Qeyd edək ki, bu günə qədər Finlandiyada 12 yaşdan yuxarı əhalinin 80%-dən çoxu peyvəndin iki dozasını, təxminən 3%-i isə üçüncü dozanı alıb.

Bununla belə, yoluxma hallarının sayında artım davam edir, ölkədə artıq İsveçdən qayıdan bir şəxsdə Omicron ştamına ilk yoluxma halı müəyyən edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş