Təbii fəlakət səbəbindən 42 min nəfər evlərini tərk edib
Filippində davam edən Ataton tropik qaırğasında ölənlərin sayı 44 nəfərə çatıb.
AYNA-nın xəbərinə görə, bunu Filippinin Bədbəxt hadisələrin qarşısının alınması üzrə Milli Şurası yayıb.
Şura bildirib ki, təbii fəlakət 500 mindən çox insanın həyatına təsir edib. 42 min nəfər evlərini tərk edib, 7 nəfər itkin düşüb. Təbii fəlakət zonasında körpü və binalar dağılıb.