Ukraynaya hərbi yardımların göndərilməsi davam etdirilir
Estoniya gələn həftə Ukraynaya yeni hərbi yardım paketini elan etməyə hazırlaşır.
AYNA “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kaja Kallas tviterdə bildirib.
"Biz Ukraynanı daha çox döyüş sursatı, qış və şəxsi avadanlıqla təmin edəcəyik", - Kallas qeyd edib.