Haubitsaların alınması üçün müqavilələr imzalanıb
Estoniya Fransadan 12 "Sezar" özüyeriyən artilleriya qurğusunun (SPG) alınması üçün müqavilələr imzalayıb. AYNA xəbər verir ki, bu barədə ERR yayım şirkəti məlumat yayıb.
Bildirilib ki, müqavilə dövlət müdafiə investisiya mərkəzi (RKİK) ilə Fransanın müdafiə satınalmaları agentliyi DGA, həmçinin KNDS şirkəti arasında imzalanıb.
ERR-in məlumatına görə, müqavilələr gələcəkdə daha çox özüyeriyən silahların alınmasına imkan verir.
Tərəflər Parisdə keçirilən “Eurosatory 2024” müdafiə sənayesi sərgisində müqavilələr imzalayıblar. Estoniya ilk altı “Sezar” haubitsasını bu ilin sonunda alacaq. Tədarük 2025-ci ilin ortalarına qədər davam edəcək.