Ərzaq mağazasında pirotexniki vasitələr satan şəxs saxlanılıb

Xəbərlər

31.12.2021 - 21:03

Həkimlər Klinikalar SEO Xidməti

Toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı pirotexniki maddələrin gizli şəkildə satışı ilə məşğul olan şəhər sakini Nicat Cəbrayılov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, onun fəaliyyət göstərdiyi ərzaq mağazasına baxış keçirilən zaman külli miqdarda pirotexniki vasitələr aşkar olunaraq götürülüb.

Faktla bağlı toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş