Ağstafada ildırım 15 yaşlı yeniyetmənin həyatına son qoyub

Hadisə

29.06.2019 - 22:10

Hadisənin rayon ərazisində yerləşən fermalardan birində baş verdiyi bildirilir

 

Ağstafa rayonu ərazisində Tovuz rayon Aşağı Quşçu kənd sakini 15 yaşlı Roman Elman oğlu Süleymanovu ildırım vuraraq öldürüb. AYNA Reporta istinadən xəbər verir ki, hadisə Ağstafa rayonu ərazisində yerləşən fermaların birində baş verib

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az