Ermənistanda əsgər güllələnərək öldürülüb

Dünya

04.01.2022 - 13:08

Həkimlər Klinikalar SEO Xidməti

Tadevosyanın xidmət yoldaşı şübhəli bilinərək saxlanılıb

Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Movses Tadevosyan güllələnərək öldürülüb. AYNA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hadisə dekabrın 31-də baş verib.

Qeyd olunub ki, Vayosdzor rayonunun döyüş postunda xidmət edən hərbçi, 2003-cü il təvəllüdlü Movses Tadevosyan başından güllə yarası alıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, hərbçi xəstəxanaya aparılarkən yolda ölüb.

Movses Tadevosyanın xidmət yoldaşı hadisəni törətməkdə şübhəli bilinərək saxlanılıb.

Hadisənin səbəbləri araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş