Ermənistan ABŞ ilə strateji tərəfdaşlıq sazişi imzalayacaq

Dünya

14.01.2025 - 16:06

Həkimlər Klinikalar SEO Xidməti

“Ararat Mirzoyan və Antoni Blinken Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar”

Bu gün Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken arasında görüş keçiriləcək. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, Mirzoyan və Blinken strateji əməkdaşlığa dair sənəd imzalayacaqlar.

“Bu gün Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Antoni Blinken Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar”, - Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan “Facebook”da yazıb.

İmzalanma mərasimi İrəvan vaxtı ilə saat 22:00-a (Bakı vaxtı ilə üst-üstə düşür) planlaşdırılıb.

Ermənistan XİN-dən bildirilib ki, Mirzoyanın Vaşinqtona rəsmi səfəri yanvarın 14-15-ni əhatə edəcək. Nazirin Amerika tərəfinin nümayəndələri ilə bir sıra görüşlər nəzərdə tutulub.

Nazirlikdən o da qeyd olunub ki, 2024-cü il aprelin 5-də Ermənistan, ABŞ və Avropa İttifaqı (Aİ) arasında üçtərəfli görüş, iyunun 11-də isə İrəvanda Ermənistan və ABŞ arasında “Strateji Dialoq”un yekun iclası keçirilib: “İclasda ikitərəfli münasibətlərin möhkəmləndirilməsində irəliləyişlər nəzərdən keçirilib və ikitərəfli dialoqun strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi planlarına dair birgə bəyanat qəbul edilib”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş