Erməni təxribatı ilə bağlı cinayət işi açılıb

Xəbərlər

12.01.2022 - 11:03

Həkimlər Klinikalar SEO Xidməti

Baş Prokurorluq: Hazırda iş üzrə istintaq davam edir

Kəlbəcərdəki erməni təxribatı ilə bağlı cinayət işi açılıb. AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1998-ci il təvəllüdlü əsgər Ayaz Nəzərovun Kəlbəcər rayonu ərazisində xidməti vəzifələrinin icrası zamanı düşmən tərəfindən açılmış atəş nəticəsində şəhid olması faktı ilə bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam edir.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş