Erməni KİV: Paşinyan ağır zirehli texnikanın Qarabağdan çıxarılması əmrini verib

Xəbərlər

13.12.2022 - 16:14

cedabet dərman SEO Xidməti

“Nikol İlham Əliyevin növbəti tələbini yerinə yetirir”

Ermənistanın “Qraparak” qəzeti yazır ki, Baş nazir Nikol Paşinyan orduya Qarabağdan ağır zirehli texnikanı çıxarmaq tapşırığı verib.

AYNA-nın xəbərinə görə, qəzet yazıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Laçın-Xankəndi yolundan ağır texnika daşındığını bəyan edib və Ermənistandan tələb edib ki, texnikalar Qarabağdan çıxarılsın.

“Qarabağdakı mənbələrimizin məlumatına görə, Nikol İlham Əliyevin növbəti tələbini yerinə yetirir. O, Əliyevə Qarabağı silahlandırmadığını, əksinə, tərksilah etdiyini sübut etmək üçün ağır zirehli texnikanın böyük partiyasını Artsaxdan geri çəkməyi əmr edib”, - “Qraparak” qeyd edib.

Nəşr daha sonra yazır: “Bu addım da Paşinyanı xilas edə bilmədi və həftələr sonra ekoloqlar Laçın yolunubağladılar”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş