"Erməni hərbçinin yaralanması barədə məlumat yalandır" - Müdafiə Nazirliyi

Xəbərlər

29.11.2022 - 20:27

Nazirlik Ermənistan tərəfinin yaydığı məlumatları təkzib edib

Noyabrın 29-u saat 17:50-də guya ordumuzun bölmələri tərəfindən atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən bildirilib.

"Yayılan məlumatı qəti surətdə təkzib edirik", - məlumatda deyilir.

Müəllif: Ayna.az