Biləsuvarda bir neçə müəssisənin qaz təchizatı dayandırılıb

Xəbərlər

13.09.2019 - 11:54

Qəza zamanı 25 qeyri-əhali qrupuna daxil olan abonentin qaz təchizatı dayandırılıb


Biləsuvar rayonunda M.İbrahimov küçəsində diametri 57 mm olan qaz xəttini minik avtomobili ilə vuraraq qırıblar.

 

AYNA bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib.

 

Bildirib ki, hadisə yerinə yol polisi əməkdaşları da gəlib, baş verənlər sənədləşdirilib.

 

Onu da qeyd edib ki, qəza zamanı 25 qeyri-əhali qrupuna daxil olan abonentin (çörək, qənnadi istehsalı ilə məşğul olan müəssisələr və başqaları) qaz təchizatı dayandırılıb.

Müəllif: Ayna.az