Erməni blogerdən Bakıya müraciət: “Onu həbs edin”

Xəbərlər

11.01.2023 - 15:24

cedabet dərman SEO Xidməti

Vardan Qukasyan: “Bu əclaflar Avropanı narkotiklə təmin edirlər”

Erməni bloger Vardan Qukasyan Azərbaycana Qarabağ separatçılarının əsas fiqurlarından olan, qondarma rejimin “təhlükəsizlik şurasının” sabiq “rəhbəri” Vitali Balasanyanla bağlı müraciət edib. AYNA erməni mediasına istinadən bildirir ki, Qukasyan Azərbaycan polisinin Balasanyanı yaxalamalı olduğunu bildirib.

“Mən Azərbaycan hüquq-mühafizə orqanlarından xahiş edirəm, bütün mümkün yollardan istifadə edərək Vitalini həbs etsinlər. Onunla birlikdə “Qarabağ klanı”nın bütün üzvləri qandallanmalıdır. Çünki onlar narkotrafiklə məşğuldurlar. Bu əclaflar Avropanı narkotiklə təmin edirlər”, - deyə bloger qeyd edib.

Qukasyan bildirib ki, Ermənistan Balasanyanı həbs etmək iqtidarında deyil: “Mən anlaya bilmirəm, necə ola bilər ki, Balasanyan bugünədək azadlıqda ola bilər. Deməli, Ermənistanın onu tutmağa gücü çatmır. Azərbaycan isə Vitalini tez zamanda qandallaya bilər”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş