Ərdoğanla Conson arasında telefon danışığı olub

Dünya

03.09.2022 - 01:16

Həkimlər Klinikalar SEO Xidməti

Telefon danışığı zamanı bir sıra məsələlər müzakirə olunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Boris Consonla telefon danışığı aparıb. AYNA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Türkiyə-Birləşmiş Krallıq münasibətləri və regional məsələlər müzakirə edilib.

Prezident Ərdoğan Boris Consonla onun vəzifədə olduğu müddətdə yaxın dialoq qurduqlarını və iki ölkə arasındakı münasibətləri qarşılıqlı hörmət və anlaşma əsasında daha da inkişaf etdirdiklərini bildirib.

Bundan əlavə, Türkiyə lideri strateji tərəfdaş və yaxın müttəfiq olan Böyük Britaniya ilə əlaqələrin eyni sağlam düşüncə və uzaqgörənliklə qarşıdakı dövrdə bütün sahələrdə inkişaf edəcəyinə inandığını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş