İbrahim Kalın: "Biz birlikdə bizik"
Türkiyənin zəlzələ bölgəsində 218 406 nəfərlik şəxsi heyət, 12 487 texniki və tikinti avadanlıqları fəaliyyət göstərir.
AYNA-nın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın "Twitter"dəki hesabında yazıb.
“Siyasi baxışından və mövqeyindən asılı olmayaraq, kömək etməyə tələsən, zəlzələ bölgəsinə qaçan bütün qeyri-hökumət təşkilatları və könüllülərlə əməkdaşlığa davam. Biz birlikdə bizik”, - Kalın yazıb.
İbrahim Kalın qeyd edib ki, Türkiyə yaşadığı bu ağır günlərdə qətiyyətini itirmir: “Faciəmiz böyükdür, amma əzmimiz, qardaşlığımız daha böyükdür”.