Türkiyə Prezidenti İslam dünyasını bayram münasibətilə təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam dünyasını Ramazan bayramı münasibəti ilə təbrik edib. AYNA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti “Twitter” hesabında paylaşım edib.
Ərdoğan türkcə və ərəbcə yazdığı paylaşımda İslam dünyasının Ramazan bayramını təbrik edib: “Millətimin və İslam dünyasının Ramazan bayramını təbrik edirəm. Bizə bir daha bayram nəsib etdiyi üçün rəbbimə şükür edirəm”.
Ərdoğan zəlzələ və daşqınlarda dünyasını dəyişmiş vətəndaşlara Allahdan rəhmət, yaxınlarına isə səbir diləyib.