Ərdoğan Türkiyənin Putin-Zelenski görüşünə ev sahibliyi etmək istədiyini təsdiqləyib

Dünya

21.01.2022 - 00:35

Türkiyə Prezidenti: "Rusiya ilə Ukrayna arasında müharibə mühitinin formalaşmasına təəssüflənirik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüşə öz ərazisində ev sahibliyi etmək istəyini təsdiqləyib.

AYNA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Ankarada keçirdiyi mətbuat konfransında açıqlama verib.

"Rusiya ilə Ukrayna arasında müharibə mühitinin formalaşmasına təəssüflənirik. Putinlə Zelenski arasında görüş keçirməyi gözləyirik. Gələn ayın əvvəlində Ukraynaya səfər edəcəyəm", - Ərdoğan qeyd edib.

Müəllif: Ayna.az