Ərdoğan Putin və Zelenski ilə telefonla danışmaq niyyətindədir

Dünya

09.12.2022 - 16:38

Prezidentlər arasında söhbətin “Taxıl sazişi” ilə bağlı olacağı ehtimal edilir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü, dekabrın 11-də Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski ilə telefonla danışmaq niyyətindədir.

AYNA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri özü deyib.

Prezidentlər arasında söhbətin “Taxıl sazişi” ilə bağlı olacağı ehtimal edilir.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın mövqeyini açıqlayaraq bildirib ki, Qərb ölkələri Kiyev hakimiyyətini Rusiya ilə danışıqlar masası arxasına oturmağa razı salmalıdır.

Müəllif: Ayna.az