2500-dən çox qaziyə əlillik təyin edilib
Əlillik təyinatı aparılan Vətən müharibəsi qazilərinin sayı açıqlanıb.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən AYNA-ya verilən məlumata görə, Vətən müharibəsində iştirak edərək yaralanan və ilkin olaraq ağır hal kimi müəyyənləşdirilən 3 805 qazinin qiymətləndirilməsi aparılıb. 3 729 nəfər üzrə qiymətləndirilmə Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən şəhadətnamə verildikdən sonra həyata keçirilib.
Ötən il Vətən müharibəsinin 2 500-dən artıq qazisinə əlillik təyin olunub. Ağır hal kimi qiymətləndirilən bütün qazilər tibbi-sosial ekspert komissiyalarının əməkdaşları tərəfindən evlərində müayinə edilib və protokollaşdırılaraq müvafiq təyinatlar aparılıb.