“Əl-Qaidə” 1996-cı ildə Klintonu öldürməyə cəhd edib

Dünya

24.03.2024 - 15:41

“Mən həmişə maraqlanırdım ki, niyə məni heç bir istintaqa nəzarət etmək üçün Manilada saxlamayıblar”

“Əl-Qaidə” terror qruplaşması 1996-cı ildə ABŞ-ın ovaxtkı Prezidenti Bill Klintonun səlahiyyət müddəti ərzində ona qarşı sui-qəsd cəhdi edib. AYNA xəbər verir ki, bu barədə “Reuters” ABŞ Məxfi Xidmətinin agentlərinə istinadən yazıb.

Sui-qəsdin Klintonun Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının Filippində keçirilən sammitinə gəlməsi zamanı planlaşdırıldığı bildirilir.

ABŞ-ın keçmiş Prezidentini aparan təyyarə eniş etməzdən bir müddət əvvəl onun təhlükəsizlik xidmətinə kortecin marşrutunda partlayıcı qurğunun olması barədə məlumat daxil olub. Daha sonra Filippin kəşfiyyat orqanları siyasətçinin keçməli olduğu körpüdə güclü bomba aşkarlayıb.

“Reuters” qeyd edir ki, sui-qəsd cəhdi həm ABŞ hökumətinin hesabatlarında, həm də “Əl-Qaidə” sənədlərində demək olar ki, qeyd olunmayıb. Həmçinin jurnalistlər hadisəni araşdırmaq cəhdləri barədə məlumat tapmayıblar.

Məxfi Xidmətin Maniladakı ən yüksək kəşfiyyat agenti Qreqori Qlod agentliyə deyib: “Mən həmişə maraqlanırdım ki, niyə məni heç bir istintaqa nəzarət etmək üçün Manilada saxlamayıblar”.

Müəllif: Ayna.az