“El Klassiko”dan Madrid klubu qalib ayrıldı

İdman

17.10.2022 - 03:06

Həkimlər Klinikalar SEO Xidməti

“Real Madrid” “Barselona”ya 3-1 hesabı ilə qalib gəlib

“Real Madrid” 250-ci “El Klassiko”da “Barselona”nı məğlub edərək “La Liqa”da liderliyə yüksəlib və rəqiblərinə mövsümün ilk liqa məğlubiyyətini yaşadıb.

AYNA Apasport.az-a istinadən xəbər verir ki, Santyaqo Bernabo stadionunda keçirilən Real Madrid- Barselona qarşılaşması, kral klubunun 3-1 hesablı qələbəsi ilə başa çatıb.

Madrid təmsilçisinin heyətində fərqlənən oyunçular Benzema (12ci dəqiqə), Valverde (35-ci dəqiqə) və Rodrygo (90+1 dəqiqə) olub.

 “Barselona” tərəfi isə yalnız bir dəfə rəqib qapısına yol tapa bilib F. Torres (83-cü dəqiqə).

Xatırladaq ki, hər iki tərəf oyuna qədər mövsümdə ilk səkkiz oyunda yeddi qələbə və bir heç-heçə ilə bərabər xala malik idi - lakin "Real" bu oyundakı qələbəsi ilə rəqibini üç xalla geridə qoymağı bacardı.

Qeyd edək ki, bu, Xavi üçün "Barselona"ya rəhbərlik etdiyi bir il ərzində “La Liqa”da ilk səfər məğlubiyyəti idi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş