Əhalinin yarıdan çoxu Zəngəzur dəhlizinin açılacağına inanır - SORĞU

Xəbərlər

16.12.2022 - 11:44

cedabet dərman SEO Xidməti

STM-in "Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına inanırsınızmı?” adlı sorğusunun nəticələri açıqlanıb

Azərbaycanda keçirilən sorğuda iştirak edən respondentlərin 63,1 faizi Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına tam inandığını, 25,9 faizi əsasən inandığını bildirib.

AYNA xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin "Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına inanırsınızmı?” adlı sorğusunun nəticələrində öz əksini tapıb.

Belə ki, respondentlərin 4,1 faizi dəhlizin açılmasına əsasən inanmadığını, 4,1 faizi heç inanmadığını ifadə edib. Rəyi öyrənilənlərin 2,8 faizi bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş