Əfqanıstanda 5,7 maqnitudalı zəlzələ olub

Dünya

28.03.2024 - 20:06

Yeraltı təkanın ocağı 120 km dərinlikdə yerləşib

Əfqanıstanda 5,7 maqnitudalı zəlzələ olub. AYNA “Kazinform”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Seysmologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanın ocağı 120 km dərinlikdə yerləşib.

Dağıntı və itkilər barədə məlumat yayılmayıb.

Müəllif: Ayna.az