Əfqanıstan səfirliyi Xocalı soyqırımı ilə bağlı başsağlığı verib

Xəbərlər

26.02.2024 - 17:25

Həkimlər Klinikalar SEO Xidməti

Səfirliyin əməkdaşları "Ana Harayı" abidəsini ziyarət edərək həlak olanların xatirəsini yad ediblər

Əfqanıstanın Azərbaycandakı səfirliyi Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

AYNA xəbər verir ki, bu barədə Əfqanıstanın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, səfirliyin əməkdaşları soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana Harayı" abidəsini ziyarət edərək həlak olanların xatirəsini yad ediblər.

Müəllif: Ayna.az