Azərbaycanın keçmiş rəhbəri 91 yaşında Moskvada dünyasını dəyişib
Azərbaycan SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin (MK) birinci katibi Əbdürrəhman Vəzirov 91 yaşında Moskvada vəfat edib. AYNA xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd edək ki, Ə.Vəzirov 1988–1990-cı illərdə Azərbaycan SSRİ Kommunist Partiyası MK-nın 13-cü birinci katibi, SSRİ-nin Nepalda (1979–1985) və Pakistanda (1985–1988) fövqəladə və səlahiyyətli səfiri olub.