Yoluxma sayına görə ABŞ birinci yerdədir
Dünyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 323 milyonu keçib. AYNA xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin açıqlamasında deyilir.
Qeyd olunur ki, ümumilikdə 323 272 813 yoluxma, 5 529 154 ölüm qeydə alınıb. Sutkalıq yoluxma sayı isə 2 975 094, ölüm sayı 8 904 nəfər olub.
Yoluxmaya görə ABŞ, Hindistan və Braziliya liderlik edir.