Dünya çempionatını işıqlandıran fotoqraf ölüb

İdman

12.12.2022 - 09:51

Həkimlər Klinikalar SEO Xidməti

Xalid əl-Misslamın ölüm səbəbi bəlli deyil

Fotoqraf Xalid əl-Misslam Qətərdə keçirilən dünya çempionatını işıqlandırarkən dünyasını dəyişib. Bu, çempionatda ölən ikinci jurnalistdir.

AYNA xarici mediaya istinadən bildirir ki, əl-Misslam “Al Kass TV”nin fotomüxbiri olub. Onun ölümün səbəbi barədə məlumat verilməyib.

Qeyd edək ki, dekabrın 9-da Lusaildəki Milli Stadionda Argentina və Niderland milli komandaları arasında keçirilən dünya çempionatının 1/4 final matçında “CBS Sports” şəbəkəsində işləyən amerikalı idman jurnalisti Qrant Uol vəfat edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş