Qərarın qəbul edilməsinə koronavirus dalğasının genişlənməsi səbəb olub
Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA) 2021-ci ilin yazınadək bütün oyunlarla bağlı işinə ara verib. AYNA xarici mediaya istinadən xəbər verir ki, UEFA bu gün keçirdiyi toplantıda bu qərarı verib. Qərarın qəbul edilməsinə koronavirus dalğasının genişlənməsi səbəb olub.
Norveç Futbol Federasiyası 12 iyun-12 iyul tarixlərində keçirilməsi planlaşdırılan AVRO-2020 çempionatının növbəti ilə qalacağını “Twitter” hesabından bəyan edib.
AURO-2020 yarışlarına ev sahibliyi edəcək Danimarkanın paytaxtı Kopenhagendə də bütün futbol turnirləri üçün nəzərdə tutulan otel rezervləri ləğv edilib.