“Avro-2020”nin ikinci finalçısı müəyyənləşdi

İdman

08.07.2021 - 01:41

İngiltərə millisi finalda İtaliyaya rəqib olub

 

“Avro-2020” futbol çempionatının final matçında üz-üzə gələcək cütlük müəyyənləşib. AYNA xəbər verir ki, bir gün öncə finala çıxan İtaliyanın rəqibi İngiltərə - Danimarka oyununda bəlli olub.

 

Əlavə vaxtda 2:1 hesabı ilə qalib gələn böyük britaniyalılar həlledici matça yüksəlib.

 

İngiltərə millisi ilə İtaliya arasında qarşılaşma iyulun 11-də baş tutacaq. Oyun Londondakı “Uembli” stadionunda təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Müəllif: Ayna.az