Futzal üzrə Avropa çempionatının 15 iştirakçısı müəyyənləşib

İdman

15.04.2021 - 05:27

Avropa çempionatına yollanacaq son komanda isə bu ilin noyabrında bəlli olacaq

 

2022-ci ildə Niderlandda keçiriləcək futzal üzrə Avropa çempionatının final mərhələsinin 16 iştirakçısından 15-i bəlli olub.

 

AYNA-nın "Report"a istinadən məlumatına görə, meydan sahibləri ilə yanaşı, 8 qrup birincisi və ən yaxşı göstəriciyə malik 6 qrup ikincisi turnirdə oynamaq hüququ qazanıb.

 

Bunlar Azərbaycan, Bosniya və Herseqovina, Xorvatiya, Finlandiya, Gürcüstan, İtaliya, Qazaxıstan, Polşa, Portuqaliya, Rusiya, Slovakiya, Sloveniya, İspaniya və Ukrayna kollektivləridir.

 

Qrup qalibləri: Azərbaycan, Bosniya və Herseqovina, Xorvatiya, İtaliya, Qazaxıstan, Portuqaliya, Rusiya, İspaniya

 

İkinci yerin sahibləri: Finlandiya, Gürcüstan, Polşa, Slovakiya, Sloveniya, Ukrayna

 

Avropa çempionatına yollanacaq son komanda isə bu ilin noyabrında Serbiya və Belarus yığmaları arasındakı pley-off oyunlarından sonra bəlli olacaq. İlk görüş noyabrın 14-də, cavab matçı isə 17-də olacaq.

 

Qeyd edək ki, final mərhələsinin qarşılaşmaları 19 yanvar - 6 fevralda keçiriləcək.

Müəllif: Ayna.az