Şəki şəhərində Kempo üzrə üçüncü ənənəvi Respublika turniri keçirilib. Turnirdə səkkiz komandadan 75-ə yaxın idmaçı birincilik uğrunda mübarizə aparıb.
Turnirin açılışında Şəki şəhəri Gənclər və İdman idarəsinin rəisi Vüqar İskəndərov iştirak edərək Azərbaycanda idmanın inkişafı haqqında danışıb.
Respublika çempionatında, eyni zamanda Beynəlxalq Kempo Federasiyasının rəsmi nümayəndəsi Rauf İbrahimov çıxış edərək bu turnirin artıq ənənə halına çevirilməsi, kempo idman növünün populyar idmana çevrildiyini deyib.
Tədbirdə eyni zamanda Türkiyədən qonaq olan kempo ustası Mirza Mamedov iştirak edib. O, çıxışı zamanı deyib ki, Azərbaycan Türkiyə ilə Kempo idman növü üzrə sıx iş birliyi vardır.
Yarışın sonunda qalib olmuş idmançılara fəxri diplomlar, kuboklar və medallar təltif olunublar.