Dünən 25 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Xəbərlər

17.04.2025 - 13:44

Həkimlər Klinikalar SEO Xidməti

DİN: Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 16-da ümumi çəkisi 25,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,4 kiloqramdan artıq heroin, 20,6 kiloqrama yaxın marixuana, 1,8 kiloqramdan çox metamfetamin və tiryək olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş