Aprelin 5-də ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunacaq
Dumanlı hava şəraiti ilə əlaqədar bəzi yerlərdə görünüş məsafəsi məhdudlaşacaq.
AYNA xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, aprelin 5-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir.