Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib

İqtisadiyyat

08.10.2022 - 15:54

Həkimlər Klinikalar SEO Xidməti

Lazımi sənədlər oktyabrın 20-dən gec olmayaraq təqdim edilməlidir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib.

AYNA-nın məlumatına görə, müraciətdə deyilir ki, bu ilin III rübü üzrə sadələşdirilmiş verginin bəyannaməsi və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabat), eləcə də bu ilin sentyabr ayı üzrə əlavə dəyər vergisi, aksiz vergisi, yol vergisi və mədən vergisi bəyannamələri oktyabrın 20-dən gec olmayaraq təqdim edilməlidir.

Bəyannamələr vaxtında təqdim olunmasa hər bir bəyannamə üzrə 40 manat maliyyə sanksiyası tətbiq edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş