Azərbaycanda xarici içkilər 40 faizədək ucuzlaşacaq

İqtisadiyyat

20.09.2019 - 20:03

Texnologiya və qablaşdırma xarici bazarlarda satışa çıxarılan araqlarla tam uyğun olacaq

 

Xəbər verdiyimiz kimi, “CARÇIOGLU GROUP” MMC-nin nəzdində tikilən “RUS AZERİ SPİRİTS” araq zavodu açılışa tam hazırdır. Zavod Qusar şəhərində yerləşir.

 

İstehsal üçün mütəxəssislər Rusiya Federasiyasından – Tatarıstan Respublikasının “Tatspirtprom” şirkətindən dəvət olunublar. Rusiya Federasiyasında iki böyük zavodda araqlar gümüş və qızıl filtrlərdən süzülür. Azərbaycanda isə ilk olaraq “RUS AZERİ SPİRİTS” zavodunda araqlar qızıl və gümüş filtrlərdən süzüləcək.

 

Ukrayna, Rusiya, Belarus və Avropanın bir neçə dövlətində istehsal edilən araq markalarının Azərbaycanda ilk olaraq lisenziyalı istehsalına başlanılacaq. Dünya markaları artıq Azərbaycanda satışa çıxarılacaq. Əsas məqsəd ölkənin qeyri-neft sektorunun inkşafına xidmət etməkdir.

Ayna.az