Növbəti devalvasiya gözlənilirmi – <font color=red> Mütəxəssislər əmindir ki...</font>

İqtisadiyyat

03.01.2021 - 14:17

Milli valyutamızın dollar qarşısındakı duruşu ekspertləri narahat etmir

 

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov, pandemiya fonunda manatın devalvasiyasının gözənilmədiyini və digər ölkələrdən fərqli olaraq, qlobal virus səbəbilə Azərbaycanda ciddi mənfi bir prosesin baş vermədiyini deyib. O, həmçinin qeyd edib ki, təqdim olunan büdcə, məhz stabil məzənnə və çox aşağı inflyasiya üzərində qurulub.

 

Sözügedən açıqlamaya AYNA-ya şərhində münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, manatın dollara nisbətən məzənnəsinin formalaşmaşı birbaşa Mərkəzi Bankın qərarından asılıdır: “Mərkəzi Bankın xeyli müddətdir bazarda manat-dollar tarazlığına nəzarət etdiyini nəzərə alsaq, praktik olaraq valyuta bazarındakı qərarlar da bu qurum tərəfindən verilir. Bu baxımdan 2021-ci ildə də məzənnənin necə dəyişməsi Mərkəzi Bankın qərarından asılı olaraq müəyyənləşəcək”.

İqtisadçı Vüqar Bayramov 71% səs çoxluğu ilə qalib gəldi, seçicilərə  müraciət etdi

“Valyuta siyasəti həyata keçirilən zaman ölkədaxili valyutaya olan tələb, eyni zamanda xarici faktorlar da nəzərə alınır. Baxmayaraq ki, 2020-ci ilin mart-aprel aylarında Azərbaycan manatına təzyiqlər var idi, Mərkəzi Bank manatın məzənnəsindəki stabilliyi qoruyub saxladı. Bundan sonrakı dönəmdə də AMB-nin intervensiyası və mövqeyi məzənnənin müəyyənləşməsində rol oynayacaq”, - deyə deputat bldirib.

 

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı-ekspert Ruslan Atakişiyev də oxşar düşüncədədir. Onun AYNA-ya dediyinə görə, dövlət büdcəsinin sənədlərinə baxdıqda, eləcə də ölkənin iqtisadi inkişafına bağlı konsepsiya sənədlərini nəzərdən keçirdikdə görürük ki, həm glən il, həm də yaxın dövr üçün Azərbaycan manatının dollar qarşısında məzənnəsi sabit olaraq qalmaqdadır: “Yaxın müddətdə də 1 dolların 1,70 AZN ətrafında dövr edəcəyi gözlənilir”.

Ruslan Atakişiyev: “Azərbaycan dayanıqlı iqtisadi inkişaf strategiyasını  gerçəkləşdirir”

Mütəxəssis xatırladıb ki, 2020-ci ilin mart ayında Azərbaycan manatına təzyiq çox yüksək səviyyədə idi: “Belə bir vəziyyətdə Azərbaycan devalvasiyaya getmədi. Çünki devalvasiyaya getmə ölkədə biznes mühitinin gərginləşməsinə gətirib çıxara bilərdi ki, bu da həm bank sisteminə mənfi təsir göstərə bilər, həm də sahibkarlarlıq subyektlərinin ölkə iqtisadiyyatına investisiya qoymaları, iş mühitinə inamları zəifləyə bilərdi”.

 

“Ona görə də Azərbaycan milli valyutasının məzənnəsi 2016-cı ildən bu günə kimi dövlət tərəfindən tənzimlənir. Həm Mərkəzi Bankın strateji valyuta ehtiyatları, həm də Dövlət Neft Fondunun ehtiyatları ilə həmin məzənnənin qorunub saxlanılması təminat rolunu daşımaqdadır”, - Atakişiyev vurğulayıb.

Müəllif: Ülviyyə Şahin