Azərbaycan neftinin qiyməti 43 dolları ötüb

İqtisadiyyat

06.06.2020 - 14:16

Həkimlər Klinikalar SEO Xidməti

Neftin qiymətində bahalaşma müşahidə olunub 

 

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,97 ABŞ dolları, yaxud 7,35% artıb.

 

AYNA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 43,38 ABŞ dolları təşkil edib.

 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Müəllif: Ayna.az